You are here
CUPTi 2 by Kangertech Modlar 

CUPTi 2 by Kangertech

Bu yaxınlarda Kangertech şirkəti Cupti boks-modunu təqdim etdi. Bu modu veyperlərin əksəriyyəti istehsalçının son zamanlar buraxdığı ən uğurlu cihaz hesab edirlər. Bildiyiniz kimi çinlilər devaysların növbəti versiyalarını buraxmaqda gec qalmırlar. Elə bu gun biz, Cupti modunun birincidən əsaslı şəkildə fərqlənən ikinsi versiyası ilə tanış olacağıq.

Dizayn:

Əlbəttə ki, əsas fərq boks-modun xarici görünüşüdür. Əvvəlcədən deyim ki, birinci versiya məni daha çox qane edirdi. Boks ovuc içinə rahat yerləşirdi və ölçüsünün kiçik olmasına baxmayaraq texniki xarakteristikası pis deyildi. Bundan başqa, cihaz cox şık görünürdü və çəkməyə yeni başlayan sahiblərini təcrübəli veyperlərin yaninda üzüqara çixarmazdı.

c09767

Bugünkü icmalın qəhrəmanına gəldikdə isə, görünür ki, bu modu, uğursuz olan DRiPBOX 160 modundan ilhamlananaraq layihələşdiriblər.

Ölçüləri: 

  • Hündürlüyü- 84 mm
  • Eni- 51.5 mm
  • Qalınlığı- 42.5 mm
  • Çəkisi- 330 q

a70b4e

Texniki xarakteristikası:

Öncə bilmək lazımdır ki, bu AiO cihazıdır. Əgər sizi modun gücü, buxarın mıqdarı maraqlandırırsa, o zaman bu devays sizin üçün deyil. Amma bu o demək deyil ki, mod çox pisdır. Orta istifadəçiyə bunun texniki xarakteristikası kifayət edəcək

  • Tənzimlənən gücün diapazonu 5-dən 80W qədər
  • Atomayzerin bir səviyyədə saxlanılan müqaviməti 0.1-dən 2.5 ohm qədər
  • Qısa qapanmadan, yüksək gərginlikdən, düz quraşdırılmamiş akkumulyatordan qorunma funksiyası
  • Temperatur limiti 200°-600°F (100°-315.5° C) -OLED displey

eac54c

Xəbər verim ki, Kanger şirkəti firmvare-nın dəyişilməsi funksiyasını nəzərdə tutub. Reklam materiallarında, istehsalçı maksimal gücün 100 W qədər artırılması imkanının olmasını qeyd edir. Niyə onlar bunu dərhal etmədilər? Bəs marketinq?

Yeniliyin atomayzer hissəsi eyniylə əvvəlki boks-modu təkrar edir:

  • Yuxarı üfürmə
  • Bakın həcmi 5 ml
  • Yuxarıdan doldurulma tıpı
  • CLOCC və CLRBA dəstəyi

fe1405

Komplektin içində standart atomayzerlər üçün adapterin olmasını mütləq qeyd etməliyəm. Bu istifadəçinin imkanlarını daha geniş edir, eyni zamanda bu yeniliyi əldə etmək istəyənlərin sayını artırır.

170754

Ilk versiyadan əsas fərqi iki ədəd 18650 akkumulyatoru ilə çalışmasidir. Məncə buna çoxları sevinəcək. Nə etsən də müasır veypinqdə bir ədəd 18650 akkumulyatoru praktik olaraq heç kimə kifayət eləmir, bu da insanları özləri ilə ehtiyat akkumulyator gəzdirməyə məcbur edir.

fe8b68

 

Videotəqdimat:

Обсуждение


Related posts